Trampın müşaviri qalmaqallı fotosunu şərh etdi

trampin-musaviri-qalmaqalli-fotosunu-serh-etdi
Oxunma sayı: 2735

ABŞ prezidentinin müşaviri Kellienn Konuey Ağ Evdə prezidentin qarşısında nədən ayaqlarını qaldıraraq divanda əyləşməsini izah edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir çox tənqidçilər onu administrasiyaya hörmətsizlik etməkdə ittiham ediblər.

Konuey isə bildirib ki, həmin bucaqdan foto çəkməsini istəyiblər və o da məhz tapşırılan işi görüb:

“Mən qurban deyiləm, lakin insanlar sözlərinin mənasının ciddiyyətinə varmalıdırlar”.

Prezidentin köməkçisi Omaros Maniqol da Konueyin foto çəkməsini şərh edib: “Sözün düzü, bu çox sevimli an idi. O şəkildə oturmuşdu ki, yaxşı kadr tuta bilsin”.

Bundan başqa, mətbuatda Konueyin həqiqətən də foto çəkdiyini əks etdirən görüntüsü yerləşdirilib.