Trampın namizədi Dünya Bankının yeni prezidenti oldu

trampin-namizedi-dunya-bankinin-yeni-prezidenti-oldu
Oxunma sayı: 1032

Dünya Bankının fevralın 1-də istefaya gedən sabir rəhbəri Cim Yon Kimin yerinə yeni təyinat baş tutub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, idarə heyətinin üzvləri bu vəzifəyə ABŞ maliyyə nazirinin müavini Devid Malplassı seçib.

O, 5 illik vəzifəsinin icrasına 9 apreldə başlayacaq.

Qeyd edək ki, Malplassın bu posta namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.