“Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...” - Ərdoğan

trampin-o-mektubunu-unutmayacagam-zamani-gelende
Oxunma sayı: 3684

“ABŞ Prezidenti Donald Trampın mənə yazdığı diplomatik nəzakətlə heç bir əlaqəsi olmayan məktubu unutmayacağam. Lakin hazırda gündəlikdə duran əsas məsələ bu deyil”.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda KİV nümayəndələri qarşısında çıxışı zamanı bildirib. 

 “Əlbəttə, Donald Trampın diplomatik nəzakətdən uzaq məktubunu unutmamışıq. Ancaq qarşılıqlı hörmətimiz bu məsələni gündəmdə saxlamağa imkan vermir. Biz buna prioritet məsələ kimi baxmırıq. Amma zamanı gələndə bu məsələ ilə bağlı nə lazımdırsa, o da həyata keçiriləcək”, -deyə Ərdoğan vurğulayıb.