Trampın qadağasını pozan ilk insan oldu - ABŞ məhkəməsi də onu dəstəklədi

trampin-qadagasini-pozan-ilk-insan-oldu
Oxunma sayı: 3386

ABŞ prezidenti Donald Trampın imzaladığı fərman çərçivəsində hava limanından geri göndərilən iranlı şəxs məhkəmənin qərarı ilə Los-Ancelosa geri dönə bilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 7 müsəlman ölkəsi vətəndaşının bu ölkəyə girişinə qadağa qoyan qanuna uyğun olaraq ABŞ-a daxil ola bilməyən Əli Vayeghanın haqlarını Los-Ancelos məhkəməsi tanıyıb.

Federal hakim iranlının Amerikaya girişində maneə olmadığına qərar verib və prezidentin Vayeghan fərmanının əksinə olaraq ölkəyə daxil ola bilən ilk şəxs olub.

Vayeghan hava limanında Los-Ancelosun bələdiyyə sədri, qohumları, vəkillər və fəallar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, İran vətəndaşı ABŞ-a oğlunu görmək üçün getmişdi.

Xatırladaq ki, Trampın imzaladığı fərmanla 7 müsəlman ölkəsi, o cümlədən İran vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyətlər qoyulub.