Trampın qərarı Afrikada QİÇS-lə mübarizəni zəiflədəcək - ÜST

trampin-qerari-afrikada-qics-le-mubarizeni-zeifledecek
Oxunma sayı: 1367

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına maliyyə dəstəyini dayandırması Afrika qitəsində poliomielit (uşaq iflici), malyariya və QİÇS kimi xəstəliklərə qarşı mübarizəyə mənfi təsir göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Afrika üzrə regional direktoru Matşidiso Moeti açıqlama verib. Mətbuat konfransında çıxış edən Moeti qeyd edib ki, ABŞ-ın maliyyə yardımını dayandırması ÜST-ün qitədəki bir çox fəaliyyətlərinə, xüsusilə peyvəndləmə tədbirlərinə əngəl törədəcək.

ABŞ hökumətinə qərarı yenidən nəzərdən keçirməyi tövsiyə edən Moeti, ABŞ-ın ÜST-ün yalnız maliyyə tərəfdaşı deyil, həm də strateji tərəfdaşı olduğunu xatırladıb. Moeti, ÜST-ün ABŞ-dakı bir çox texniki institutlarla işlədiyini və bu əməkdaşlığın təşkilatın strategiyasında və siyasətində əhəmiyyətli rol oynadığını qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ ÜST-ün koronavirus pandemiyası ilə əlaqədar bəzi çağırışlara gecikməsi və “Çin yönümlü” fəaliyyət göstərməsini səbəb gətirərək təşkilatın maliyyələşdirilməsini dayandırmışdı.