Trampın qərarı “Emirates”i hərəkətə keçirdi

trampin-qerari-emiratesi-herekete-kecirdi
Oxunma sayı: 2124

ABŞ prezidenti Donald Trampın bəzi müsəlman ölkələrinin vətəndaşlarına Amerikaya giriş qadağası qoymasından sonra “Emirates”aviaşirkəti dərhal hərəkətə keçib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Emirates” ABŞ-a uçuş edən reyslərin pilot və heyətinin tərkibində dəyişiklik edəcək. Aviaşirkətin mətbuat katibi bildirib ki, artıq bir neçə uçuşda lazımı düzəlişlər edilib. ““Emirates” rəsmisi onu da əlavə edib ki, ABŞ-a olan reyslər köhnə qrafik üzrə həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən qanun imzalayıb.

Aysel Kərimova