Bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulandan sonra Türkiyədə Atatürk Hava Limanında qarışıqlıq yaranıb.
"Qafqazinfo" xəbər verir ki, sərnişinlərin vizaları son anda ləğv olunub. Suriyalı 32 yaşlı Nail Zailon bildirib ki, həyat yoldaşı və uşağı iki ildir Amerikada yaşayır:
"Suriya pasportum var, vizamı Trampın qadağa qərarını verdiyi gün almışam. İndi deyirlər ki, vizan ləğv olunub, səfirliyə müraciət et".
O, biletini göz yaşları içində ləğv etdirib.
Qeyd edək ki, Trampın qaçqınların ölkəyə gəlişini məhdudlaşdıran fərmanın qəbulu nəticəsində Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a gəlmək istəyənlərə 30 gün viza verilməyəcək.
Son xəbərlər
Son Xəbərlər