Suriyanın paytaxtı Dəməşqin cənubundakı qərargahd şiddətli partlayış baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış səsləri Kisva bölgəsindəki Cəbəl-Mənada yerləşən qərargahdan eşidilib.
Məlumata görə, işğalçı İsrail təyyarələri İran mövqelərinə raket zərbələri endirib.
İtkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, ABŞ İranla əldə olunmuş nüvə sazişindən çıxdığını elan etdikdən sonra siyasi gərginlik pik həddə çatıb.
Son xəbərlər
Son Xəbərlər