ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Tramp əri və üç övladı ilə birlikdə Qətərdə keçirilən dünya çempionatının iki oyununa baxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Onlar Portuqaliya və Qana, Braziliya-Serbiya matçlarını izləyiblər.
İvanka Tramp həmçinin stadionda Qətərin Baş naziri Xalid bin Xəlifə Al Tani ilə söhbət edərkən görüntülənib.