Ağ Ev ABŞ administrasiyası əməkdaşlarının sərvətlərini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Trampın məsləhətçiləri olan kürəkəni və qızının ümumi sərvəti 740 milyon dollar təşkil edib.
Ağ Evin məlumatına görə, Kuşner Trampın məsləhətçisi seçildikdən sonra ailəsinə məxsus olan 200-dən çox müəssisənin idarəçiliyindən getsə də, əvvəlki kimi onlardan gəlir əldə etməyə davam edir.
Xatırladaq ki, Bloombergin açıqladığı son məlumatda Tramp administrasiyası üzvlərinin ümumi sərvəti təxminən 12 milyard dollardır. Bu isə Amerika tarixinin ən zəngin administrasiyasıdır.
Son xəbərlər
Son Xəbərlər