ABŞ prezidenti Donald Trampın seçkilər zamanı təbliğat-təşviqat komandasının rəhbəri olmuş Pol Manafort 7,5 il azadlıqdan məhrum edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton federal məhkəməsi siyasətçini 6,1 milyon dollar məbləğində cərimə də edib. Trampın eks-qərargah rəhbəri günahını boynuna alıb.
Qeyd edək ki, Manafort dələduzluq maddəsi ilə ittiham olunub. O, bundan əvvəl seçkilərdə ABŞ əleyhinə gizli razılaşma və ədaləti təmin etməyin qarşısını almaq üzrə ittihamları qəbul etmişdi.
Son xəbərlər
Son Xəbərlər