Trampın sosial şəbəkəsi debatdan sonra dəyər itirdi

trampin-sosial-sebekesi-debatdan-sonra-deyer-itirdi
Oxunma sayı: 1957

Donald Trampın “Truth Social” sosial şəbəkəsinin sahibi olan “Trump Media & Technology Group”un səhmləri kəskin azalıb.

“Qafqazinfo” xəbər verir ki, bunu NASDAQ birjasının məlumatları sübut edir.

Bildirilir ki, ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında keçirilən debatdan sonra Amerikanın 45-ci prezidentinin şirkətinin qiymətli kağızları 18,4% ucuzlaşıb.

Qeyd edək ki, ötən gün ABŞ-də seçkiöncəsi sabiq Prezident Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris arasında ilk debat keçirilib.