ABŞ prezidenti Donald Tramp Konqresin bir neçə üzvünə İdlibdə kimyəvi hücumla bağlı Suriyaya qarşı hərbi tədbirləri nəzərdən keçirdiyini söyləyib.
"Qafqazinfo"nun "CNN"ə istinadən verdiyi məlumata görə, bununla bağlı hər hansı bir qərar qəbul olunmasa da, Amerika lideri müdafiə naziri Ceyms Mettislə mümkün hərbi əməliyyatları müzakirə edir.
Qeyd olunur ki, D. Tramp bu məsələdə Pentaqon rəhbərinin rəyinə güvənir.
Xatırladaq ki, İdlib şəhərinə xlor qazının atıılması nəticəsində 100-dən çox insan ölüb, 500-dən çox insan zəhərlənib.
Son xəbərlər
Son Xəbərlər