Trampın təyyarəsi başqa bir laynerlə toqquşub

trampin-teyyaresi-basqa-bir-laynerle-toqqusub
Oxunma sayı: 1704

ABŞ-nin keçmiş Prezidenti Donald Trampın “Boeing 757” şəxsi təyyarəsi Florida aeroportunda digər bir təyyarə ilə toqquşub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Trampın təyyarəsinin qanadı eniş etdikdən sonra hərəkətsiz halda olan başqa bir təyyarəyə çırpılıb. 

İnsident zamanı ABŞ-nin sabiq Prezidentinin təyyarədə olub-olmaması və digər detallar açıqlanmayıb.