Trampın vəkili qızının fotosunu paylaşdı, qalmaqala səbəb oldu

trampin-vekili-qizinin-fotosunu-paylasdi-qalmaqala-sebeb-oldu
Oxunma sayı: 715

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Maykl Koen tvitter hesabında qızının alt paltarında olan fotosunu paylaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qızı Samantanın fotosunu açıq-saçıq hesab edənlər onu sosial şəbəkələrdə tənqid ediblər. 

Koen isə fotoya yazdığı şərhində qızı ilə fəxr etdiyini qeyd edib: “Mən ağlı və gözəlliyi ilə Edi Sedjevikdən geri qalmayan qızımla dəhşətli dərəcədə fəxr edirəm”.