ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd Donald Trampla debata hazır olduğunu açıqlayıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o bu barədə Texas ştatının Hyuston şəhərindən Vaşinqtona qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
“Debat barədə məndən soruşurlar. Donald Trampla debata hazıram. Debatın 10 sentyabrda keçirilməsinə razılaşdım. O da razılıq verdi”, - Harris bildirib.
Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib. ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. “Associated Press” agentliyinin məlumatına görə, Harris rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb.
Son xəbərlər
Son Xəbərlər