ABŞ və Şimali Koreya prezidentləri Donald Trampla Kim Çen Inın Vyetnamın Hanoy şəhərində ikinci sammiti başlayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, liderlərin görüşü “Sofitel Legend Metropole” otelində keçirilir.
Məlumata görə, Tramp sammit başlamamışdan 15 dəqiqə öncə məkana gəlib.
Tramp sammitdən öncə görüşü şərh edib: “Düşünürəm ki, çox uğurlu olacaq”.
O, jurnalistlərin “Sammit çərçivəsində Koreya müharibəsinin rəsmən bitməsi elan ediləcəkmi” sualına cavabında “Buna baxarıq” deyə bildirib.
ABŞ prezidentini Ağ Evin aparat rəhbəri Mik Malvini və dövlət katibi Mayk Pompeo müşahidə edir.
***
“Tass.ru” xəbər verir ki, ABŞ və Şimali Koreya liderləri təkbətək 10 dəqiqə görüşüblər. Bundan sonra onlar hər iki tərəfin nümayəndə heyəti ilə birlikdə nahar ediblər. Nahar mətbuata açıq şəkildə baş tutub.
***
Tramp çıxışında deyib: “Bizim birinci sammit çox uğurlu idi. Mən də sizin kimi məmnun qalmışdım. Düşünürəm ki, bu da birinci kimi və ya ondan daha möhtəşəm olacaq. Biz çox uğura çatmışıq və ehtimal edirəm ki, onlardan ən vacibi bizim münasibətimizdir. Bu, həqiqətən də yaxşıdır”.
Qeyd edək ki, liderlərin ilk görüşü 2018-ci il iyunun 12-də Sinqapurda baş tutub.
***
Kim Çen In vurğulayıb: “Ümid edirəm ki, hər kəsi qane edəcək nəticəni əldə edərik. Bunu edəcəyimizə əminəm”.
***
Görüş bitdi. Danışıqların ikinci və əsas hissəsi fevralın 28-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər