Vyetnamda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında ikinci görüş keçirilir.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, zirvə görüşünün ikinci günün təkbətək görüşlə başlayıb.
Görüşdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriləcək.
Daha sonra görüş iştirakçıları birlikdə nahar edəcəklər.
***
“TASS” agentliyinin məlumatına görə, iki lider arasındakı görüş 30 dəqiqə davam edib. Daha sonra geniş tərkibli görüş başlayıb.
***
“TASS” xəbər verir ki, liderlərin Hanoyda geniş tərkibdə görüşü başa çatıb.
Sammitin əsas hissəsi iki saatdan çox davam edib.
Son xəbərlər
Son Xəbərlər