Xəbər verdiyimiz kimi, bu gün ABŞ və Şimali Koreya prezidentləri arasında Vyetnamın Hanoy şəhərində zirvə görüşünün ikinci hissəsi baş tutub.
“Qafqazinfo” “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, iki saatdan çox davam edən geniş tərkibdə görüşdən sonra Donald Trampla Kim Çen In öncədən planlaşdırılmış işgüzar nahar və mətbuat konfransında iştirak etmədən Hanoyu tərk ediblər.
Liderlərin korteci zirvə görüşünün keçirildiyi “Metropol” otelindən uzaqlaşıb.
Nəşr qeyd edir ki, Tramp və Kim danışıqların ikinci günündə sənəd imzalamalı idilər.
Son xəbərlər
Son Xəbərlər