ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüşün vaxtı və yeri açıqlanıb.
“Qafqazinfo” “Politico.com”a istinadən xəbər verir ki, iki lider 27-28 fevral tarixlərində Vyetnamda görüşəcək.
Bu barədə hələlik rəsmi açıqlama olmasa da, yaxın günlərdə Ağ Ev tərəfindən elan ediləcəyi qeyd edilib.
Qeyd edək ki, Tramp və Kim ilk dəfə ötən il 12 iyunda Sinqapurda görüşüb. Həmin görüşdə Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsi barədə razılıq əldə olunub.
Son xəbərlər
Son Xəbərlər