ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putinin Yaponiyanın Osaka şəhərində keçirilən “G20” sammiti çərçivəsində görüşü başlayıb.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya tərəfi görüşə 60 dəqiqə, ABŞ tərəfi isə 90 dəqiqə ayırıb.
Tramp Rusiya Prezidenti ilə nüvə silahsızlanması, ticari və siyasi mövzularda aparılacaq danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib: “Düşünürəm ki, bu görüşün nəticələri əla olacaq”.
V. Putin öz növbəsində bildirib: “Bütün mövzular qeyd olunur, Helsinkidə keçirilən görüşdən sonra bir-birimizi uzun müddət görməmişik. Əməkdaşlarımız işlədilər və bizə Helsinkidəki razılığımızı davam etdirmək üçün yaxşı fürsət verildi”.
***
Danışıqlarda Rusiya tərəfindən -Xarici İşlər naziri Sergey Lavrov, birinci vitse-prezident, Maliyyə naziri Anton Siluanov, Prezidentin köməkçisi Yuri Uşakov, Prezidentin Mətbuat katibi Dmitri Peskov, Amerika tərəfindən isə dövlət katibi Mayk Pompeo, Maliyyə naziri Stiv Mnuçin, Ağ Ev aparatının rəhbəri İk Malveyni, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Ağ Evin Mətbuat katibi Stefani Qrişem iştirak edir.
***
Tərəflərin görüşü yekunlaşıb.
Təxminən 90 dəqiqə davam edən görüşdə dünya liderləri İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər.





Son xəbərlər
Son Xəbərlər