Trampla Putinin görüşü gələn ilə qaldı

trampla-putinin-gorusu-gelen-ile-qaldi
Oxunma sayı: 913

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə 2019-cu ildən əvvəl görüşməyəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Trampın Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. Bolton yazılı bəyanatında Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair araşdırma başa çatdıqdan sonra görüşün baş tutacağını qeyd edib:

“Tramp Putinlə görüşün Müllerin araşdırması başa çatdıqdan sonra olmasını istəyir. Biz də bunun gələn ilin yanvarında gerçəkləşməsinə razılıq verdik”. 

Xatırladaq ki, Tramp Helsinki görüşündən sonra Boltona Putini iyulun 19-da ABŞ-a dəvət etməyi tapşırmışdı. Bu isə Amerikada xüsusilə Demokratlar və Konqres tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.