Trampla Putinin görüşünə mane olmaq üçün otağa girib...

trampla-putinin-gorusune-mane-olmaq-ucun-otaga-girib
Oxunma sayı: 862

ABŞ-ın birinci ledisi Melaniya Tramp həyat yoldaşının prezident Putinlə söhbətini kəsməyə çalışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib. Onun sözlərinə görə, birinci ledi iki prezidentin görüşünün keçdiyi otağa daxil olub. 

Tillerson bildirib ki, Tramp komandasının bütün digər üzvləri Melaniyanı danışıqları bitirməsi üçün otağa göndəriblər. Özləri isə birinci ledinin bunu bacarıb-bacarmayacağını yoxlamaq üçün qapıda gözləyiblər. Lakin Melaniya liderlərin görüşünə mane ola bilməyib.

Baş katibin sözlərinə görə, Trampla Putinin söhbəti 30 dəqiqə nəzərdə tutulsa da, 2 saat 15 dəqiqə davam edib.