Trampla Zukerberqin telefon danışığı oldu

trampla-zukerberqin-telefon-danisigi-oldu
Oxunma sayı: 2254

ABŞ Prezidenti Donald Trampla “Facebook”un qurucusu Mark Zukerberq arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Nəşrin bildirdiyinə görə, tərəflərin danışığı “məhsuldar” keçib.

Xatırladaq ki, Tramp bundan əvvəl sosial şəbəkələrin işinin tənzimlənməsi haqqında fərman imzalayıb və müəyyən şərtlər daxilində Tvitterin bağlanmasını istisna etməyib.