Tramvay namazı gözlədi

tramvay-namazi-gozledi
Oxunma sayı: 1066

Türkiyənin İzmir şəhərində maraqlı hadisə baş verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Karşıyaka adlanan ərazidə hərəkətdə olan tramvay namaz qılan şəxsə görə hərəkəti dayandırıb. Hadisə şahidlərinin sözlərinə görə, orta yaşlı kişi idarə etdiyi avtobusu tramvay xəttinin yaxınlığında saxlayaraq namaz qılıb. Bu zaman hərəkətdə olan tramvay dayanıb və kişinin ibadəti bitirməsini gözləyib. 

Ətrafdakı insanlar həmin anları fotoya alıb və görüntü sürətlə sosial şəbəkədə yayılıb. Hadisə barədə tramvayın sürücüsü Aysu Tuna da danışıb. Xanım sürücü “Tramvay hərəkətdə olan zaman bir nəfərin namaz qıldığını gördüm. Normalda ona səsli xəbərdarlıq etməliydim. Lakin ibadət etdiyi üçün narahat etmək istəmədim, tramvayı saxladım. Hadisə barədə dərhal tramvay xətlərinin hərəkətinə nəzarət edən mərkəzə bildirdim”,- deyib.

Aysel Kərimova