Transfarmatora çıxan şəxsi “tok” vurub öldürdü

transfarmatora-cixan-sexsi-tok-vurub-oldurdu
Oxunma sayı: 2178

Yevlaxda elektrik cərəyanı vurması nəticəsində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, 1986-cı il təvəllüdlü Aslanov Rəşad Sədi oğlu Mingəçevir və Yevlax rayonları arasında yerləşən transformatora çıxıb. Həmin vaxt onu naməlum şəraitdə elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.