Azərbaycan Premyer Liqasında yay transfer dönəminin vaxtı müəyyənləşib. “Qafqazinfo” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 2017-18 mövsümü üçün “transfer pəncərəsi” rəsmən iyunun 9-da açılacaq.
Həmin gündən etibarən Premyer Liqa klubları anlaşdıqları futbolçularla rəsmi müqavilə imzalaya biləcəklər. “Transfer pəncərəsi”nin son günü isə sentyabrın 1-nə təsadüf edəcək.
Həmçinin qarşıdakı mövsümün dövrələrarası fasilədəki transfer dönəmi də bəllidi. Belə ki, qış “transfer pəncərəsi” gələn il 13 yanvar – 9 fevral tarixlərini əhatə edəcək
Son xəbərlər
Son Xəbərlər