Transferinə 3 milyon ödənildi, hər bölümə də 200 min alacaq

transferine-3-milyon-odenildi-her-bolume-de-200-min-alacaq
Oxunma sayı: 4892

Türkiyənin məşhur aktrisası Tuba Büyüküstünün “Sefirin kızı” serialından alacağı əmək haqqının miqdarı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, səhhəti səbəbi ilə ekran işindən ayrılan Neslihan Atagüldən sonra tamaşaçı qarşısına çıxacaq aktrisaya transfer üçün 3 milyon TL (təxminən 688 min AZN) pul ödənilib.

Bundan əlavə, T. Büyüküstün hər bölüm üçün 200 min lirə (46 min AZN) ödəniş alacaq.

Tuba Neslihanın canlandırdığı “Narə” ilə deyil, digər bir sürpriz obrazla ekranlarda görünəcək. Serialın ssenarisində dəyişikliklər olacaq, hekayə başqa mövzuda davam edəcək.

Qeyd edək ki, N. Atagül serialın hər bölümü üçün 150 min lirə (35 min AZN) maaş alırdı.