Gündüz saatlarında Lənkəranda yanğın faktı qeydə alınıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran şəhərində transformatorun içərisində olan yağ açarı və qoruyucu yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib.
Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər