Transformator yandı

transformator-yandi
Oxunma sayı: 728

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda "Azərişıq" ASC-yə məxsus gücü 100 kVt olan transformatorun yanar hissələri və yaxınlıqda vətəndaşa məxsus həyətyanı sahədə 350 kv.m sahədə kol-kos yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.