Bakıda oğurluq etmək istəyən 3 dost saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 2-də Xətai rayonu Babək prospektindən keçən dəmir yolu xəttinin yaxınlığında quraşdırılmış “drossel” transformatorunu sökərək oğurlamağa cəhd göstərən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Allahquliyev cinayət başında yaxalanıb.
Hadisə yerini tərk etmiş, əvvəllər məhkum olunmuş Nizami Əlləzov və Bakı şəhər sakini Füzuli Əlləzov da saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər