Transparan libas geyindi, əri tənqid olundu - Video - Fotolar

transparan-libas-geyindi-eri-tenqid-olundu
Oxunma sayı: 9507

Doqquz ildir evli olan türkiyəli cütlük Neslihan Atagül və Kadir Doğulu “InStyle Magazine” jurnalının fevral sayı üçün kamera qarşısına keçib.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, barələrində daima nümunəvi cütlük kimi danışılan ikili əslində bir-birlərinin əksi olduqlarını, hər zaman eyni düşüncədə olmadıqlarını, ancaq münasibətlərində iki fərqli xarakterin tarazlığını çox yaxşı qurduqlarını deyiblər.

Bundan əlavə, aktrisanın jurnal üçün çəkdirdiyi fotolarda geyindiyi qara rəngli transparan libas diqqət çəkib. Belə ki, sosial şəbəkədə geniş müzakirələrə səbəb olan geyim “Jacquemus” brendinə məxsusdur, qiyməti isə 29 min TL-dir (2622 AZN).

Sözügedən libası bəyənənlərlə yanaşı, bəyənməyənlər də olub. Onlar bunu geyimin açıq-saçıq olması, həmçinin çox baha olması ilə əsaslandırıblar. Bəzi istifadəçilər isə Kadir Doğulunu hədəf alaraq “Bəs sən dindar idin?!”, “Kişiyə bax, gülür, üstümüzə daş yağacaq” tipli şərhlər yazıblar.