Trass Consonun istefasını “düzgün qərar” adlandırdı

trass-consonun-istefasini-duzgun-qerar-adlandirdi
Oxunma sayı: 2400

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ölkənin Baş naziri Boris Consonun istefa verməsini düzgün qərar adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Trass öz rəsmi tviter hesabında paylaşıb.

“Baş nazir düzgün qərar verdi. İndi bizə ölkənin idarəsinin yeni lider seçilənə qədər davam etməsi üçün dinclik və birlik lazımdır”, - deyə Trass qeyd edib.