“Ukrayna limanlarında qalan taxılın ölkədən çıxarılması üzərində işləyirik”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass Türkiyədə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin aclığı silaha çevirir: “O, həmçinin ərzaq təhlükəsizliyini müharibə aləti olaraq istifadə edir.
Bununla yanaşı, Trass Türkiyədə məhsuldar danışıqlar apardığını qeyd edib.
Xatırladaq ki, Britaniyanın XİN rəhbəri iyunun 22-si Ankaraya rəsmi səfər edib.
Son xəbərlər
Son Xəbərlər