Triatlonçumuz Açıq Afrika Kubokunun birincisi oldu

triatloncumuz-aciq-afrika-kubokunun-birincisi-oldu
Oxunma sayı: 1557


“Qafqazinfo” xəbər verir ki, Misirin Hurgada şəhərində keçirilən Açıq Afrika Kubokunda idmançımız Rostislav Pevstov qələbə qazanaraq  ilk uğura imza atıb.

Qeyd edək ki, Rostislav Pevstov Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarina vəsiqə qazanmaq üçün öz aktivinə reytinq xalları yazıb.

Bu idmançımızın ilk uğuru deyil. Belə ki, triatlonçumuz  ötən il Meksikada keçirilmiş Panamerika Kuboku, Çində  Asiya Kuboku və Macarıstanda Dünya Kubokunun 2-cisi olub.

Yığmamızın digər üzvləri Aleksandr Yatsenko Açıq Afrika Kubokunda 6-ci, Kseniya Levkovskaya isə 10-cü yerə layiq görülüblər.