Trinidad və Tobaqonun Prezidenti İlham Əliyevi təbrik etdi

trinidad-ve-tobaqonun-prezidenti-ilham-eliyevi-tebrik-etdi
Oxunma sayı: 3946

Trinidad və Tobaqo Respublikasının Prezidenti Paula-Mae Uiksdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Qafqazinfo"nun məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-aliləri, Sizə xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".