Liviyanın paytaxtı Tripolidə işlək vəziyyətdə olan yeganə hava limanı da fəaliyyətini dayandırıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hərbi çevrilişə cəhd edən general Xəlifə Həftara məxsus qüvvələr Mitiqa hava limanına hava zərbələri endirib.
Bundan sonra bütün uçuşlar dayandırılıb.
Qeyd edək ki, Həftarın ordusu 5 apreldə istifadə edilməyən Tripoli hava limanını ələ keçirsə də, bu gün hökumət qüvvələri limanı geri almağı bacarıb.
Son xəbərlər
Son Xəbərlər