Tripolidə qaçqınların qaldığı mərkəzə hava zərbəsi - 40 ölü, 80 yaralı

tripolide-qacqinlarin-qaldigi-merkeze-hava-zerbesi
Oxunma sayı: 1303

Liviyanın paytaxtı Tripolidə miqrantların qaldığı mərkəzə hava zərbəsi endirilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə azı 40 nəfər həlak olub, təxminən 80 nəfər xəsarət alıb.

Hava zərbəsinin Liviya Milli Ordusu tərəfindən həyata keçirildiyi bildirilir.