“Troya”nın rejissoru vəfat etdi

troyanin-rejissoru-vefat-etdi
Oxunma sayı: 1083

Alman rejissor Volfqanq Petersen 81 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Variety” nəşri Petersenin şirkətinə istinadən yazıb.

Rejissor mədəaltı vəzi xərçəngindən vəfat edib.

Qeyd edək ki, Petersen “Troya”, “Prezidentin təyyarəsi”, “Sonsuz hekayə”, “Qayıq” və s. məşhur filmlərin rejissorudur.

O, 6 dəfə “Oskar” mükafatına namizəd olub.

“Troya” filmindən kadr