“Qafqazinfo”nun məlumatına görə, üç ildir Azərbaycanda fəaliyyət göstərən Yazıcı Azərbaycanla bağlı hazırladığı yüzdən çox xəbər və proqramlarla “TRT” kanallarından dünyaya çatdırıb. O, vəzifə müddəti başa çatdığı üçün sentyabrda Türkiyəyə qayıdacaq.
TRT Bakı Təmsilçiliyinə yəni rəhbər olaraq Yıldıray Arslan təyin edilib. Yıldıray Arslan Azərbaycanın müstəqilliyini qazanmadan əvvəl ölkəmizə gələrək Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları işıqlandıraraq dünyaya duyuran ilk türkiyəli jurnalistlərdən biridir.
Mərhum Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Yıldıray Arslan alıb.
Eyni zamanda Y.Arslan TRT Xəbər ve Spor yayımları departamentinin sədr müavini vəzifəsində çalışıb.
Sözün əsl mənasında bir Azərbaycan sevdalısı olan Y. Arslan eyni zamanda azərbaycanlı bir xanımla ailə qurub və bir övladı var.
Son xəbərlər
Son Xəbərlər