Türkiyədə çevrilişə cəhd edən hərbçilərin “TRT” kanalının binasına hücum etdiyi anın görüntüləri yayılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 15 iyul bir qrup hərbçi “TRT”-nin Ulusdakı binasını ələ keçirməyə çalışıb. Həmin görüntülər televiziya binasının təhlükəsizlik kameralarına düşüb. Kadrlarda silahlı əsgərlərin binaya girdiyi, təhlükəsizlik xidməti əməkdaşlarının tapança və digər xidməti vasitələrini əllərindən aldığı görünür.
Son xəbərlər
Son Xəbərlər