“TRT” kanalının yeni baş direktorunun adı məlum olub.
“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, telekanalın baş direktoru postuna İbrahim Eren təyinat alıb.
Qeyd edək ki, İ. Eren 2013-cü ildən “Türkiyə Radio və Televiziya Qurumu”nda (TRT) baş direktorun müavini vəzifəsini tutub.
Xatırladaq ki, “TRT”nin eks-baş direktoru, 55 yaşlı Şenol Göka mayın 12-də istefa verib.
Son xəbərlər
Son Xəbərlər