“Trump Organization” nədə ittiham olunur?

trump-organization-nede-ittiham-olunur
Oxunma sayı: 1032

Nyu-York məhkəməsi ABŞ-ın sabiq Prezidenti Donald Trampa məxsus “Trump Organization” ilə bağlı araşdırma aparıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, araşdırmaya əsasən, şirkətdə vergi orqanlarını aldatmaq və  fırıldaqçılıq işində təqsirli bilinənlər aşkarlanıb.

Bildirilib ki, böyük şirkəti 1.6 milyon dollar cərimə gözləyir. Bu məbləğ şirkət üçün böyük olmasa da, nüfuzuna ciddi xələl gətirəcəyi bildirilib. Lakin prosesdə Trumpa qarşı heç bir ittiham irəli sürülməyib.

Məhkəmə prosesi yanvarın 13-də hakim Xuan Merçanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, “Trump Organization” bütün dünyada mehmanxanaları, qolf meydançaları və digər daşınmaz əmlakı idarə edən şirkətdir.