ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra Nyu Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, şəhərdəki “Trump Tower” binası hazırda çox sayda polis tərəfindən mühafizə edilir.
Nyu-York meri Erik Adamsın sözlərinə görə, Nyu-York Polis Departamenti (NYPD) şəhərin görməli yerlərinə də əlavə polislər cəlb edir.
Məlumata görə, NYPD şəhər daxilində, o cümlədən “40 Wall Street - The Trump Building”, Foley Meydanı və “New York City Hall”da təhlükəsizlik tədbirlərini artırır.