TSEK sədrinə 10 il həbs verildi

tsek-sedrine-10-il-hebs-verildi
Oxunma sayı: 3745

Rüşvət ittihamı ilə saxlanılan 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının (TSEK) keçmiş sədri Katib Məmmədov və digər tibb işçilərinin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq sədrə 10 il azadlıqdan məhrumetmə cəzası verilib. Digərlərinin bəziləri şərti cəza alıb, bəziləri islah işlərinə məhkum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşlara əlillik dərəcələrinin təyin olunmasına köməklik göstərilməsi məqsədilə qeyri-obyektiv müayinələr apararaq ümumilikdə 4 şəxsdən cəmi 12 min 200 manat pul rüşvət alıblar.

5 saylı TSEK-in Katib Məmmədovdan əvvəlki sədri Fəsad Mustafayev də 2015-ci ildə rüşvət alarkən həbs edilmişdi.