Azərbaycan Müdafiə Sənayəsi Nazirliyinin altı ay ərzində reallaşdırdığı "Tufan" adlı zirehli maşının təqdimatı keçirilib.
“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "Tufan" zirehli maşını ilk dəfə ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilib.
Zirehli maşının yalnız aqreqat və şassi hissələrində donor detallardan istifadə olunduğunu deyən nazirlik, "Tufan"ın 100 faiz Azərbaycan dizaynerlərinin və mühandislərinin kreativ fikirləri və təcrübəsi ilə istehsal olunduğunu vurğulayıb.
Avtomobilin ağırlığı 12,3 tondur. Zirehli maşın 10 nəfərlik şəxsi heyəti tam təhlükəsiz şəraitdə 3 tona qədər faydalı yük ilə daşımaq qabiliyyətinə malikdir.
Maşın NATO-nun STANAG 4569 ballistik qoruma standartının 3-cü səviyyəsinin tələblərinə uyğundur.
Şosedə saatda 85 kilometr sürətinə çatan maşın həm də 65 sm dərinlikdəki xəndəkləri və 1,2 metr su maneələrini keçmə qabiliyyətini malikdir, məlumatda bildirilir.

Son xəbərlər
Son Xəbərlər