Şərur rayonunda xeyli silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Şərur rayonunun Düdəngə kənd sakini Müqabil Kərimov “İJ-18 M” markalı tüfəng və 3 ədəd qumbara tapıb.
Vərməziyar kənd sakini İbrahim İsmayılov isə qaz tapançası, qumbara, 709 ədəd müxtəlif çaplı patron və 7 ədəd patron darağı tapıb.
Onlar tapdıqları silah-sursatı könüllü olaraq RPŞ-yə təhvil veriblər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər