Tüfənglə özünü vurub öldürdü - Şəmkirdə intihar

tufengle-ozunu-vurub-oldurdu-
Oxunma sayı: 1380

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyunun 5-də Şəmkir rayonunun Sabirkənd kəndində qeydə alınıb. Kənd sakini Elmar Heydərov yaşadığı evində tüfəngdən atəş açaraq özünü öldürüb. Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Murad Əhməd