Tüfənglərini polisə təhvil verdilər

tufenglerini-polise-tehvil-verdiler
Oxunma sayı: 862

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, aparılmış profilaktik tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan “Phoenix” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Sabirabad rayonunun Yolçubəyli kənd sakini Umudvar Bayramov da müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.