Yanvarın 9-da Qaradağ rayonunun Ələt qəsəbəsindəki parkların birində qəsəbə sakini, tüfeyli həyat tərzi keçirən Saleh İsayev sərxoş halda yıxılaraq kəllə beyin xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı S.İsayevin baş nahiyyəsinə yumruqla vurulması nəticəsində yıxılaraq xəsarət alması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ələt qəsəbə sakini Azər Həsənov müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər